Montessori prinsipləri

Oğlan masanı fırçalayır

Montessori yanaşması bir neçə əsas prinsipə əsaslanır:

Uşaqların həyatlarında fərqli dövrlərdə fərqli ehtiyacları var

Montessori bir uşağın həyatında dörd mərhələni müəyyənləşdirdi: yeni doğulmuş- 6, 6-12, 12-18, 18-24.

Bir çox psixoloqlar bu fərqli mərhələləri izah etdilər, ancaq Montessori bu anlayışa aydınlıq vermək üçün bir yol verdi hansı ki, usaqların təbii inkişafına dəstək verdiyimiz təqdirdə 'həyat üçün kömək' olaraq təyin etdi və o zaman usağın bir insan kimi inkişafı optimallaşacaqdır. O təklif etdi ki, hər bir uşağın müəyyən bir inkişaf addımını ata biləcəyi özünəməxsus zamanı var. Uşaqların fərdi potensiallarını reallaşdırmaq istədikləri təqdirdə bu fürsətləri lazımi anda dərk etmələri vacibdir.

Uşaqların xüsusi bir öyrənmə yolu var

Həyatın ilk altı ilində gənc ağıl sadəcə ətrafındakı hər şeyi süngər kimi mənimsəyir. Demək ki, yeni doğulmuş bir körpə sadəcə o mühitdə yaşamaqla istənilən dili öyrənə və istənilən mədəniyyətə uyğunlaşa bilər. Montessori təklif etdi ki, həyatın ilk altı ilində təhsilə çox diqqət yetirilməlidir, cünki bu ərəfədə uşaqlar rahatlıqla öyrənirlər.

Uşaqların öyrənməyə təbii bir çağırışı var

Kiçik körpələr dünyaya gəldikləri andan özlərini istiqamətləndirməyə və ətraf mühitdəki şeyləri araşdırmağa səy göstərirlər. Yaşadıqları hər şeydən mücərrəd bir məna əldə edirlər, müstəqil olmağa çalışırlar və ətrafındakılarla ünsiyyət üçün bir yol tapmaq istəyirlər. Nə olduqlarını bilmək üçün, əllərindəki şeyləri manipulyasiya etməyə, qarşısındakı vəzifəyə fikrini cəmləşdirməyə və hər şeyi daha mükəmməl başa düşmək üçün hər şeyi təkrar etməyə can atırlar. Bu inkişaf yolu, insanların həyatı boyu özləri ilə apardıqları və körpələrin yeni dünyalarında inkişaf etmələrinə və uyğunlaşmalarına kömək edən təbii davranışların bir hissəsidir.

Uşaqların öyrənmək üçün unikal imkanları var

Uşaqlar ətraflarında baş verən bəzi şeylərə xüsusilə həssas olduqları zamanlara sahibdirlər. Həyatın ilk altı ili ərzində dillərini öyrənməyə, hərəkətlərini əlaqələndirməyə və düşünməyi inkişaf etdirməyə kömək edən fəaliyyət axtarmağa və öz dünyalarının mənasını tapmağa çalışırlar. Bu 'Həssas Dövrlər' məhdud müddətdə davam edir və uşaqların altı yaşına çatdıqda azalır. Montessori yanaşması təbbi inkişaf üçün bir cədvəl təqdim edir və ilk altı il ərzində hər bir uşağın fərdi inkişaf cədvəlini dəstəkləməyə böyük əhəmiyyət verir.